Yaxın Şərqdəki gərginlik səbəbilə Türkiyəyə məxsus 10 təyyarə havaya qalxa bilmir

İsrail və İran arasında davam edən hərbi qarşıdurma səbəbindən Türkiyəyə məxsus bir sıra sərnişin təyyarələrinin İraq və İran hava limanlarını tərk etməsi mümkün olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə mülki aviasiya üzrə ixtisaslaşmış “Airporthaber” portalı məlumat yayıb.
Bildirilib ki, hazırda İran ərazisində “Pegasus Airlines”a məxsus beş və “Tailwind Airlines”a məxsus bir təyyarə qalmaqdadır.
İraqda isə “Pegasus Airlines”ın iki, “Turkish Airlines” və “AJet” aviaşirkətlərinin hərəyə bir təyyarəsi saxlanılıb.
Türkiyə rəsmiləri təyyarələrin təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik kanallar vasitəsilə intensiv danışıqlar aparırlar.
Qeyd edək ki, Türkiyənin Nəqliyyat Nazirliyi bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq 16 iyuna qədər İran, İraq, Suriya və İordaniyaya bütün kommersiya uçuşlarını dayandırdığını açıqlayıb.
19:40 16.06.2025
Oxunuş sayı: 830