ABŞ-nin “USS Nimitz” aviadaşıyıcısı Yaxın Şərqə doğru hərəkət edir

ABŞ-yə məxsus “USS Nimitz” aviadaşıyıcısı Cənubi Çin dənizini tərk edərək Yaxın Şərq istiqamətində hərəkət edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, gəmi iyunun 20-də Vyetnamın Dananq limanına daxil olmalı idi. Lakin fövqəladə əməliyyat zərurəti səbəbindən səfər ləğv edilib və rəsmi qəbul mərasimi təxirə salınıb.
Qeyd olunur ki, keçən həftə “USS Nimitz” Cənubi Çin dənizində təhlükəsizliyin təmininə dair əməliyyatlarda iştirak edib.
“Sualtı hərəkəti izləyən” Marine Traffic platformasının məlumatına görə, iyunun 16-sı səhər saatlarına olan vəziyyətə əsasən, aviadaşıyıcı Sinqapur yaxınlığında yerləşir və qərb istiqamətində hərəkətini davam etdirir.
Mənbələr bildirir ki, aviadaşıyıcının marşrutunun dəyişməsi İsrail ilə İran arasında ötən həftənin sonundan etibarən davam edən hərbi toqquşmalar fonunda baş verir.
19:07 16.06.2025
Oxunuş sayı: 719