Təbrizdə Dahiya doktrinası: İsrail İrana qarşı planlar qurur

İsrailin Baş naziri Benyamin Netanyahunun tərəfdarı olan Channel 14 telekanalı bildirir ki, Tel-Əviv «Dahiya doktrinası»nı Tehran kontekstində həyata keçirməyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu doktrina çərçivəsində Livanda tətbiq olunduğu kimi, İranda da genişmiqyaslı mülki infrastrukturun dağıdılması planlaşdırılır.
Bu addım İranın nüvə proqramı ilə deyil, rejim dəyişikliyi cəhdi ilə bağlıdır. Ekspertlərin fikrincə, bu cür strategiyalar tarixən effektiv olmayıb, əksinə, sadə vətəndaşlara qarşı terror xarakteri daşıyır və bölgədə İsrailə qarşı nifrəti daha da artırır. Müşahidəçilər bu siyasəti “iranlılar üçün Nakba yaratmaq cəhdi” kimi dəyərləndirirlər.
Zəhra Ağayeva
12:10 16.06.2025
Oxunuş sayı: 1079