Tramp İsrailin Xameneinin aradan qaldırılması planını rədd edib

ABŞ Prezidenti Donald Tramp İsrail tərəfindən təklif edilən və İranın ali rəhbəri Əli Xameneiyə qarşı yönəlmiş sui-qəsd planını rədd edib.
Crossmedia.az xəbər verir ki, İsrail və İran arasında davam edən hərbi qarşıdurma fonunda Prezident Tramp açıq və qapalı danışıqlarda ABŞ-nin birbaşa münaqişəyə daxil olmasını istəmədiyini vurğulayıb. Ağ Ev rəhbərliyi bölgədə müharibənin uzanmasından və bunun ABŞ daxilində, xüsusilə Respublikaçılar Partiyasındakı dəyişən siyasi balanslara təsirindən ehtiyat edir.
Bununla belə, rəsmi Vaşinqton İsrailə İran raketlərinin qarşısının alınması məsələsində texniki və hərbi dəstək verməyə davam edir.
İsrailin Baş naziri Benyamin Netanyahu isə verdiyi açıqlamada bu barədə birbaşa fikir bildirməkdən imtina edib.
Netanyahunun nümayəndəsi də açıqlamasında bu xəbəri təkzib edərək onu “saxta informasiya” adlandırıb.
Nigar Yahyazadə
02:30 16.06.2025
Oxunuş sayı: 927