KİV: İsrailin hücumlarında İranda 14 nüvə alimi öldürülüb

İsrailin İranda həyata keçirdiyi hücumlar nəticəsində azı 14 nüvə alimi həlak olub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Agentliyin Körfəz ölkələrindəki iki mənbəyə istinadən verdiyi xəbərə görə, cümə günündən bəri müxtəlif hücumlar, o cümlədən avtomobillərə qoyulmuş partlayıcı qurğular vasitəsilə bu şəxslər qətlə yetirilib.
Qeyd edək ki, bundan əvvəl İranın rəsmi xəbər agentliyi IRNA İsrailin Tehranın müxtəlif bölgələrində beş partlayıcı qurğunu işə saldığını bildirmişdi.
Hadisə ilə bağlı İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
20:36 15.06.2025
Oxunuş sayı: 787