Birləşmiş Krallıq İran-İsrail münaqişəsində iştirakını təkzib edib

Böyük Britaniyanın Maliyyə naziri Reyçel Rivs rəsmi açıqlamasında bildirib ki, Birləşmiş Krallıq nə İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak edir, nə də İrana yönəlmiş cavab zərbələrinə qarşı müdafiə tədbirlərinə dəstək verir.
Crossmedia.az xəbər verir ki, Nazirin sözlərinə görə, London regionda vəziyyətin gərginləşməsini istəmir və hərbi münaqişədən uzaq durur.
Baş nazir Keir Starmerin tapşırığı ilə Yaxın Şərqdə yerləşən Britaniya hərbi bazalarına əlavə qırıcı təyyarələrin göndərilməsi isə artan regional gərginlik fonunda ehtiyat tədbiri kimi qiymətləndirilir.
20:25 15.06.2025
Oxunuş sayı: 647