Pezeşkian, Qətər və Səudiyyə Ərəbistanı liderləri arasında telefon danışığı baş tutub

İran Prezidenti Məsud Pezeşkian bu gün Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, danışıqlarda İsrailin İrana qarşı son zərbələrindən sonra Yaxın Şərqdə yaranmış gərgin vəziyyət müzakirə olunub.
Pezeşkian Qətər əmiri ilə söhbətdə ABŞ-nin Tehrana təzyiqlərini tənqid edib və ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb. Əmir Al Tani İsrailin hücumunu pisləyərək, Tehranın cavab hüququnu dəstəklədiyini bildirib.
Səudiyyə vəliəhd şahzadəsi ilə söhbətdə Pezeşkian İsrailin bölgədə sülh və sabitliyə mane olduğunu qeyd edib.
19:05 15.06.2025
Oxunuş sayı: 909