İsrail İranda müdafiə nazirliyinin obyektinə hücum etdi

İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları çərçivəsində bu dəfə İsfahan əyalətində yerləşən İran müdafiə nazirliyinə məxsus obyektə hava zərbəsi endirilib.
Crossmedia.az xəbər verir ki, İran yerli mənbələrin yaydığı məlumata görə, hücum nəticəsində ərazidə güclü partlayış səsləri eşidilib. Partlayışların hərbi aerodromlar və anqarlar yaxınlığında qeydə alındığı bildirilir. İsfahan əyalətində yerləşən bəzi strateji obyektlərin – ballistik raket bazaları və nüvə proqramı ilə əlaqəli mərkəzlərin də hədəfə alınmış ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, İsfahan İranın müdafiə sənayesinin əsas mərkəzlərindən biri hesab olunur. Burada həm raket istehsalı, həm də nüvə tədqiqatlarına dair obyektlər yerləşir. Hücumun nəticələri və mümkün itkilərlə bağlı rəsmi Tehran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, İsrail son günlərdə İranın müxtəlif bölgələrindəki hərbi və strateji obyektləri hədəfə almağa davam edir. Bu gərginlik regional təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilir.
18:30 15.06.2025
Oxunuş sayı: 775