Hindistanda helikopter qəzaya uğradı – 6 nəfər axtarılır

Hindistanın Uttarakhand ştatında 6 nəfərin olduğu bir helikopterin pis hava şəraiti səbəbilə rotasını itirərək qəzaya uğradığı bildirilib.
Crossmedia.az xəbər verir ki, Hindistanın yerli ANI xəbər agentliyinin verdiyi məlumata görə, helikopter ştatın Qaurikund bölgəsində radarlardan itib. Rəsmilər qəzanın güclü hava şəraiti səbəbilə baş verdiyini açıqlayıb.
Uttarakhandın Baş naziri Puşkar Sinq Dhaminin “X” platformasında verdiyi açıqlamada, Dövlət Fövqəladə Hallara Müdaxilə Qüvvələri (SDRF), yerli idarə orqanları və digər xilasedici qrupların axtarış-xilasetmə işlərinə cəlb olunduğu bildirilib.
Qeyd edək ki, Hindistanda ötən həftə baş verən sərnişin təyyarəsi qəzasında 240 nəfər həyatını itirmişdi.
Mədinə Cəlilova
16:20 15.06.2025
Oxunuş sayı: 708