İsrail İran vətəndaşlarına xəbərdarlıq etdi

Bu gün İsrail ordusunun farsdilli sözçüsü Kamal Pəncasi İran vətəndaşlarına səslənərək bildirib ki, hal-hazırda və ya yaxın gələcəkdə hərbi silah istehsal edən zavodlarda və onların yardımçı qurumlarında olan bütün şəxslər dərhal bu yerləri tərk etməli və növbəti xəbərdarlığa qədər geri qayıtmamalıdırlar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
O, deyib ki, sözügedən infrastrukturların yanında olmaları İran vətəndaşlarının həyatını təhlükə altına qoyur.
İsrail ordusunun sözçüsü İran vətəndaşlarını öz canlarını və təhlükəsizliklərini qorumağa səsləyib.
13:15 15.06.2025
Oxunuş sayı: 1067