İrandakı ermənilər israillilərə raket hədəflərini açıqlayıb

İranda yaşayan ermənilər, xüsusilə Erməni Apostol Kilsəsinin nümayəndələri ölkənin hava hücumundan müdafiə sistemi, Hərbi Hava Qüvvələrinin yerləşdirilməsi, eləcə də İsrailə yönəlmiş raket və pilotsuz təyyarələrin hədəfləri və trayektoriyaları barədə məlumatlar toplayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Mənbələrin bildirdiyinə görə, Ermənistan-İran sərhədində fəaliyyət göstərən Aİ missiyası ilə yanaşı, bu məlumatlar xaricə ötürülür və oradan da İsrailə çatır.
İranın İsrail ərazisinə iri raket və dron hücumlarının gözlənilən effekti əldə etməməsinin səbəblərindən biri - illərlə hazırlıq keçməsinə və müdafiə və hücum sistemlərinin daim təkmilləşdirilməsinə baxmayaraq - məhz daxildən informasiya sızması olub. Bu kontekstdə İranda yaşayan ermənilər, erməni kilsəsi və Aİ-nin Ermənistandakı missiyası xüsusi rol oynayır, mənbə vurğulayır.
12:28 15.06.2025
Oxunuş sayı: 866