İsrail İran Müdafiə Nazirliyinin qərargahını vurdu

İsrail qırıcıları bu gecə İranın Müdafiə Nazirliyinin Tehrandakı əsas qərargahına raket zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, hücum zamanı Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının binası da hədəfə alınıb.
Hücumun dəqiqliyi İranın hərbi və elmi infrastrukturu üçün ciddi itki verib. Hücumun regionda gərginliyi daha da artıracağı istisna edilmir.
11:43 15.06.2025
Oxunuş sayı: 865