İsrail rəsmisi: "Zərbə hədəflərindən biri də İranın ali dini lideridir"

İsrail rəsmiləri İranın ali dini lideri Əli Xamneyinin də hücum hədəfi ola biləcəyini istisna etməyiblər. Bu barədə məlumatı The Wall Street Journal yayıb.
Crossmedia.az İsrailin mümkün zərbələri təkcə İranın nüvə infrastrukturunu deyil, həm də rejimin siyasi və hərbi sabitliyini sarsıtmaq məqsədi daşıyır.
Rəsmilər hesab edir ki, İranın nüvə proqramının dayandırılması üçün rejimin yüksək səviyyəli rəhbərliyinin də hədəfə alınması istisna deyil. İsrail tərəfi bu istiqamətdə hərbi-siyasi planlamaları davam etdirir.
Hazırda rəsmi Tehran məsələ ilə bağlı hər hansı açıqlama ve
rməyib.
10:41 15.06.2025
Oxunuş sayı: 825