İsrailin İrana hücumu: ABŞ administrasiyasının gizli razılığı var

İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN bildirir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, Amerika tərəfi İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.
09:17 15.06.2025
Oxunuş sayı: 1051