ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: İranı dərhal tərk edin!

ABŞ Dövlət Departamenti iyunun 13-də verdiyi rəsmi bəyanatda İranda olan Amerika vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, İranın hava məkanının bağlanması və regionda artan təhlükəsizlik riskləri fonunda ABŞ vətəndaşlarının orada qalması ciddi təhlükə yaradır. Bu səbəbdən Departament onlara ölkədən çıxmağı tövsiyə edib, çıxış imkanı olmayan şəxslərə isə təhlükəsiz məkanda qalmaq tövsiyə olunub.
Açıqlamada vurğulanıb ki, Vaşinqtonun Tehranla nə diplomatik, nə də konsulluq əlaqələri mövcuddur və ABŞ-ın İranda maraqları İsveçrə hökuməti vasitəsilə qorunur.
Dövlət Departamenti həmçinin Amerika vətəndaşlarına İrana heç bir səbəblə səfər etməməyi qəti şəkildə tövsiyə edib.
20:18 13.06.2025
Oxunuş sayı: 985