İsrail İranın Fordo şəhərindəki nüvə obyektinə zərbə endirib - YENİLƏNİB

İsrail İranın Fordo şəhərindəki nüvə obyektinə zərbə endirib
Crossmedia.az xəbər verir ki, İran mediasının məlumatına görə, hücum nəticəsində bölgədə iki güclü partlayış səsi eşidilib.
Hücumun detalları və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisə İranın nüvə proqramı ətrafında artan regional gərginlik fonunda baş verib.
20:07
XXX
Tehranın şimal-qərbində partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi özünün teleqram kanalında məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl partlayış baş verib, Gərmdar rayonunda tüstü görünür”, - məlumatda deyilir.
20:23 13.06.2025
Oxunuş sayı: 1216