"Hizbullah" İranı münaqişə meydanında tək qoydu

Livan hökuməti “Hizbullah” hərəkatının İsrail və İran arasında mövcud gərginlik fonunda hərbi qarşıdurmaya daxil olmasına qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, rəsmi Beyrutun mövqeyinə görə, belə bir addım Livan üçün ciddi və fəlakətli nəticələrə səbəb ola bilər.
Hökumət rəsmiləri vurğulayıblar ki, artıq “Hizbullah”ın dövlət adından müharibə qərarı verdiyi dövr arxada qalıb və ölkənin münaqişədən kənarda qalması prinsipial əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı “Hizbullah” da bəyanat yayaraq, hazırkı qarşıdurmaya müdaxilə etmədiklərini və İsrailə qarşı hər hansı hücuma başlamadıqlarını bildirib. Hərəkat bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
18:53 13.06.2025
Oxunuş sayı: 1095