Ərdoğan: "Beynəlxalq ictimaiyyət İsrailin quldurluğuna son qoymalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücuma sərt reaksiya verib.
Crossmedia.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, Ərdoğan Təl-Əvivin hərbi əməliyyatlarını beynəlxalq hüquqa zidd, açıq-aşkar təxribat kimi qiymətləndirib.
“Beynəlxalq ictimaiyyət İsrailin qlobal və regional sabitliyi hədəf alan və qanunları pozan addımlarına son qoymalıdır”, – deyə Türkiyə Prezidenti bəyan edib.
O, Türkiyənin qonşu İrana qarşı həyata keçirilən hücumları qəti şəkildə pislədiyini vurğulayıb və İran xalqına başsağlığı verib.
17:32 13.06.2025
Oxunuş sayı: 817