İran ABŞ ilə nüvə danışıqlarından imtina edib

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib.
Crossmedia.az-ın “New York Times”-a istinadən məlumatına görə, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib.
"İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək", - məlumatda qeyd olunub.
11:20 13.06.2025
Oxunuş sayı: 998