Tramp xəbərdarlıq etdi: “İsrail İrana hücum edə bilər”

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp bu ehtimalın qaçılmaz olmasa da, kifayət qədər real və ciddi olduğunu bildirib.
ABŞ lideri, həmçinin, İranla diplomatik razılaşma fürsətinin hələ də mövcud olduğunu vurğulayıb. Onun fikrincə, bu imkan qorunmalı və hərbi müdaxilə ilə təhlükəyə atılmamalıdır:
“Mən İranla diplomatik razılaşmanın tərəfdarıyam. Nə qədər ki, bu imkan var, İsrailin bu şansı pozmaması daha düzgün olar”.
Tramp çıxışında Yaxın Şərqdə yaxın zamanlarda gərginliyin daha da arta biləcəyi barədə xəbərdarlıq da edib:
“Yaxın Şərqdə tezliklə nəsə baş verə bilər”.
Qeyd edək ki, son aylarda İsrail və İran arasında qarşılıqlı ittihamlar fonunda gərginlik kəskin şəkildə yüksəlib və hərbi toqquşma riski beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
21:08 12.06.2025
Oxunuş sayı: 1670