Vaşinqtondan İranla bağlı ikili mesaj: "Sülh üçün açığıq, hərbi hazırlıq da yerindədir"

"Vaşinqton İranla gərginliyin diplomatik yolla həllinə üstünlük verir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Hegseth bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Tehranla dialoqu davam etdirməkdə qətiyyətlidir:
“Prezident Tramp İranla sülh yolu ilə həll axtarışlarını davam etdirir və bu istiqamətdə Tehrana bütün imkanlar yaradılır. Hazırda danışıqlar davam edir. Eyni zamanda, mümkün fövqəladə hallara hazır olmaq üçün bölgədə münasib mövqe tutmuşuq”, – deyə Hegseth qeyd edib.
Nazirin bəyanatı, Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ-nin diplomatiyaya açıq qaldığını, eyni zamanda hərbi hazırlığını qoruduğunu göstərir.
20:42 12.06.2025
Oxunuş sayı: 1223