Silahlı qruplaşma ABŞ-yə meydan oxudu: İranla müharibəyə başlasaz...

İraqda fəaliyyət göstərən və İrana yaxınlığı ilə tanınan “Seyid əş-Şuhəda” silahlı qruplaşmasının baş katibi Əbu Ala əl-Vəlayi ABŞ-yə qarşı sərt bəyanatla çıxış edib.
Crossmedia.az IRNA-ya istinadən xəbər verir ki, əl-Vəlayi sosial şəbəkə hesabında yaydığı açıqlamada, əgər İranla müharibə başlasa, yüzlərlə yaraqlının ABŞ hədəflərinə zərbə endirməyə hazır olduğunu bildirib.
“Müharibə başlasa, yüzlərlə hərbi qüvvəmiz ABŞ-nin əzəmətini ikinci dəfə əzməyə hazırdır. ABŞ qüvvələri İraqda birinci dəfə uğursuz olduğu kimi, bu dəfə də məğlubiyyətlə ölkəni tərk etməli olacaq”, – deyə o qeyd edib.
Əl-Vəlayi əlavə edib ki, mümkün müharibə zamanı Yaxın Şərqdə nə ABŞ, nə də onun müttəfiq qüvvələri qalacaq və “işğalçıların himayəsində olan bütün rejimlər devriləcək”.
18:36 12.06.2025
Oxunuş sayı: 1333