Aİ Rusiya neftinə yeni məhdudiyyətlər tətbiq edə bilər

Avropa İttifaqı Rusiya neftinə əlavə qiymət məhdudiyyəti tətbiq etməyi planlaşdırır və bu qərarı ABŞ-ın dəstəyi olmadan da reallaşdıra bilər. Bu barədə Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas 11 iyun tarixində Brüssel Forumunda çıxışı zamanı bildirib.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
Kallasın sözlərinə görə, Rusiya enerji gəlirlərinə təzyiq göstərmək məqsədilə yeni məhdudiyyətlər gündəmdədir və Aİ bu istiqamətdə müstəqil addımlar atmağa hazırdır. O qeyd edib ki, enerji bazarında sabitliyi qorumaq şərti ilə Rusiya neftinə qarşı daha sərt iqtisadi tədbirlər nəzərdən keçirilir.
Nigar Rəhimova
17:20 12.06.2025
Oxunuş sayı: 960