Ermənistanın Baş naziri kilsədəki vəziyyətlə bağlı açıqlama verib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki dini qurumlarla bağlı baş verən gərginliklərə dair rəsmi mövqeyini açıqlayıb. O, bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edərək Ermənistan Apostol Kilsəsində gedən proseslərə və ictimai diskussiyalara toxunub.
Crossmedia.az xəbər verir ki, baş nazir kilsədə aparılan islahatların "türk izi" və ya "azərbaycan izi" kimi təqdim edilməsini fəriseyliyin ən bariz təzahürü olduğunu və daxili problemlərin ört-basdır edilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, bu cür ritorika konstruktiv dialoqun qarşısını alır.
Paşinyan əlavə edib ki, “O insanlar ki, müqəddəs məkanları murdarlayıblar məsələn, Ktirk Nersisyan və ona bənzər rəsalı şəxslər onlar kilsəyə və Ermənistanın gələcəyinə qarşı yönəlmiş qüvvələr üçün əsl "hədiyyə"dirlər.”
Baş nazir onu da vurğulayıb ki, katolikos vəzifəsinə konkret bir namizədi yoxdur: “Mənim namizədim yoxdur. Mənim təsəvvürümdə katolikos Allaha inanan, İsanın davamçısı olan bir şəxsdir, dələduz faizçi yox. O, kilsəyə xidmət edən, təqvalı bir ruhani olmalıdır, əxlaqsız biri yox, rəsanın arxasında gizlənən biri deyil.”
Paşinyan sonda bildirib ki, Ermənistanın inkişafı üçün dini və ictimai institutlarda islahatlar vacibdir və bu proseslər şəffaflıq və ictimai dəstək çərçivəsində aparılmalıdır.
Nigar Yahyazadə
15:55 12.06.2025
Oxunuş sayı: 826