Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında nəzarəti möhkəmləndirmək məqsədilə bölgəyə əlavə nizami piyada və tank briqadaları göndərib.
Crossmedia.az “The Times of Israel”in məlumatına əsasən xəbər verir ki, hazırda Qəzza zolağının təxminən 77 faizinə İsrail qüvvələri nəzarət edir.
Ordu rəhbərliyi əlavə qüvvələrin cəbhəyə cəlb edilməsini əməliyyatların daha da intensivləşdirilməsi ilə izah edib.
İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə yayımladığı videomüraciətdə Qəzzanın tam nəzarətə götürüləcəyini bəyan edib.
Eyni zamanda, “Reuters” agentliyi bildirib ki, mayın 26-da İsrailin hava hücumları nəticəsində azı 23 fələstinli, o cümlədən bir jurnalist və bir yüksək səviyyəli tibbi yardım işçisi həyatını itirib.
Qəzza Mətbuat Ofisinin məlumatına görə, Qəzzada həlak olan fələstinli jurnalistlərin sayı 220-yə çatıb.
Qəzza Səhiyyə Nazirliyi isə açıqlamasında bildirir ki, 7 oktybr 2023-cü ildən bu yana bölgədə 53 900-dən çox fələstinli həyatını itirib.
Aybəniz Səfərova
22:14 25.05.2025
Oxunuş sayı: 690