UNRWA yardım çağırışı etdi: "Qəzzada humanitar böhran dərinləşir"

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında dərinləşən humanitar böhrana qarşı təcili və davamlı yardım çağırışı ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, Agentliyin yaydığı yazılı açıqlamada bölgədə vəziyyətin dözülməz həddə çatdığı qeyd olunub.
Bildirilib ki, əhalinin yaşaması üçün əsas ehtiyacların belə qarşılanmadığı Qəzzada fəlakətin daha da dərinləşməsinin qarşısını almaq üçün BMT-nin nəzarəti altında gündəlik 500-600 yük maşınının bölgəyə daxil olması vacibdir.
UNRWA-nın məlumatına görə, uzun müddət davam edən münaqişə nəticəsində minlərlə insan evsiz qalıb, su, ərzaq və dərman təminatında isə ciddi çatışmazlıq müşahidə olunur.
Açıqlamada bölgəyə davamlı humanitar yardım çatdırılmasının həyati əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, beynəlxalq təşkilatlar Qəzzaya humanitar yardım dəhlizlərinin açılmasını prioritet məsələ kimi gündəmdə saxlayır.
Aybəniz Səfərova
21:53 25.05.2025
Oxunuş sayı: 562