İran XİN Tehran-Vaşinqton danışıqları ilə bağlı yayılan saxta məlumatlara aydınlıq gətirdi

"Tehran-Vaşinqton arasında keçirilməsi planlaşdırılan danışıqların yeni raundu üçün hələlik tarix və yer müəyyən edilməyib".
Crossmedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
O, mediada yayılan məlumatların əsasən fərziyyələrə söykəndiyini vurğulayıb.
İran rəsmisi həmçinin, məsələ ilə bağlı Oman Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən tvitə münasibət bildirərək deyib:
“Sözügedən paylaşım saxtadır və reallığı əks etdirmir”.
Qeyd edək ki, İran ilə ABŞ arasında dolayı yolla aparılan nüvə və regional təhlükəsizliklə bağlı danışıqlara ev sahibliyi edən Oman tez-tez vasitəçi rolunda çıxış edir.
Aybəniz Səfərova
20:04 25.05.2025
Oxunuş sayı: 688