Hakimiyyətdən gedən Boris Conson 9-cu dəfə ata oldu

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson 60 yaşında 9-cu dəfə ata olub. Bu xəbəri onun həyat yoldaşı Kerri Conson şəxsi hesabında paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
K.Conson bildirib ki, cütlüyün qız övladı mayın 21-i dünyaya gəlib.
“Xoş gəldin, Poppi Eliza Cozefin Conson! 21 mayda doğuldun. İnanmıram, necə gözəl və balacasan. Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Hamımız sənə heyran olmuşuq. Doğulduğun andan bəri yəqin ki, bir dəqiqə belə yatmamışam, çünki sənin bu qədər möhtəşəm olduğunu seyr etməkdən doya bilmirəm”, – Kerri Conson yazıb.
Qeyd edək ki, B.Conson Böyük Britaniyanın tanınmış siyasətçilərindəndir. O, 2019-cu ildən 2022-ci ilədək ölkənin hökumət başçısı olub
Fatimə Məmmədova
19:26 25.05.2025
Oxunuş sayı: 780