“Gizlənmək istədilər, hədəfə çevrildilər” – Rus hərbçiləri plaşlarla özlərini ələ verirlər

Rusiya ordusunun PUA-lara qarşı istifadə etdiyi termal plaşlar əsgərləri gizlətmək əvəzinə, Ukrayna dronları üçün daha asan hədəfə çevirir.
Crossmedia.az "The Telegraph" kanalına istinadən xəbər verir ki, keyfiyyətsiz material və qeyri-peşəkar istifadə bu plaşların termal kameralar qarşısında onları qaranlıq ləkə kimi göstərməsinə səbəb olur.
Britaniya ordusunun keçmiş polkovniki Hamiş de Bretton-Qordon qeyd edib ki, bu geyimlər görünməzlik pərdəsi deyil, əksinə, əsgərləri daha həssas hədəfə çevirir.
Termal plaşlardan, xüsusilə Liman istiqamətində istifadə edən rus hərbçilərin kamikadze dronlar tərəfindən vurulduğu bildirilir. Onlayn satışda təxminən 46 dollara təklif edilən plaşların çəkisi 2,5 kq-dır və polimer qatlı, metal hissəcikli materialdan hazırlanır.
Kanalın məlumatına görə, Ukrayna ordusu daha müasir və effektiv termal qoruyucu vasitələrdən istifadə edir.
RUSI analitiki Nik Reynolds isə bildirib ki, rus hərbçiləri öz texnikalarını düzgün tətbiq etməyi bacarmır.
Aybəniz Səfərova
19:13 25.05.2025
Oxunuş sayı: 876