Putinin helikopteri Ukrayna dronlarının hücumu zamanı təhlükə altında qalıb

Rusiya Prezidenti Vladimir Putin 20 may tarixində Kursk vilayətinə səfər edib. Səfər zamanı onun helikopteri Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı dron hücumunun hədəfində olub. Bu barədə Rusiya hava hücumundan müdafiə bölməsinin komandiri Yuri Daşkin məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Prezidentin olduğu helikopter Kursk vilayəti üzərində uçarkən hava məkanında düşmən dronlarının fəaliyyəti kəskin şəkildə artıb. Daşkinin sözlərinə görə, vəziyyətin gərginləşməsinə baxmayaraq, eyni anda həm hava hücumundan müdafiə əməliyyatı həyata keçirilib, həm də Prezidentin təhlükəsizliyi təmin olunub.
Komandir əlavə edib ki, hava hücumundan müdafiə qüvvələri dərhal döyüş vəziyyəti alaraq bütün hədəfləri məhv edib. Onun sözlərinə görə, bu hadisə zamanı hava məkanında olan bütün dronlar zərərsizləşdirilib və heç bir təxribat baş verməyib.
Hadisə Kremlin təhlükəsizlik strukturunun nəzarətində baş verib və Putinin səfərinə maneə törədilməyib. Bu insident Rusiya və Ukrayna arasında gərginliyin davam etdiyini və hücumların ölkənin yüksək səviyyəli rəhbərliyini də hədəfə ala biləcəyini göstərir.
Fatimə Nəbiyeva
17:35 25.05.2025
Oxunuş sayı: 724