İtaliyanın xarici işlər naziri: "Ukraynadakı müharibə ən azı ilin sonuna qədər bitməyəcək"

"İllüziyalara sahib olmaq sadəlövhlükdür: Rusiya sənaye gücünü əsasən silah istehsalına yönləndirib, əsgərlər işçilərdən iki dəfə çox maaş alırlar və döyüş meydanında onların bir milyon hərbiçisi var".
Crossmedia.az xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Antonio Tayani söyləyib.
Onun sözlərinə görə, son əsir mübadiləsi “müsbət əlamətdir, amma özümüzü aldatmayaq: müharibə tezliklə bitməyəcək”.
Döyüş əməliyyatlarına son qoymağa çağıran Tayani Putinə təzyiqləri artırmağa çağırıb. “Putinə təzyiq ikiqat artırılmalı, Rusiya başa düşməlidir ki, müharibə yolundan imtina edilməlidir” - deyə o qeyd edib.
17:06 25.05.2025
Oxunuş sayı: 880