Pakistan və Özbəkistan UAP dəmir yolu layihəsinin icrasını müzakirə edib

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki danışıq zamanı Özbəkistan-Əfqanıstan-Pakistan (UAP) dəmir yolu layihəsinin həyata keçirilməsi və irəliləyişi müzakirə olunub. Tərəflər çərçivə sazişinin tez bir zamanda tamamlanacağına ümid etdiklərini ifadə ediblər.
Qeyd edək ki, UAP layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafına və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Telefon danışığı zamanı, həmçinin regional vəziyyətə dair geniş fikir mübadiləsi aparılıb.
Nigar Yahyazadə
14:50 25.05.2025
Oxunuş sayı: 704