Yeni Ekvador Prezidenti and içərək vəzifəsinin icrasına başladı

Cənubi Amerika ölkəsi Ekvadorda 13 aprel tarixində keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 37 yaşlı Daniel Noboa 2025–2029-cu illər dövrü üçün parlamentdə and içərək vəzifəsinin icrasına rəsmi olaraq başladı.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kito şəhərində yerləşən Milli Məclisdə təşkil edilən mərasimdə Noboa, prezident lentinin ona təqdim olunmasının ardından yeni dövrə rəsmən başladı.
Prezident Noboa çıxışında bütün partiyalara səslənərək fikir ayrılıqlarının kənara qoyulması və Ekvadorun gələcəyinin birgə qurulması üçün dəstək istədi.
Noboa narkotik qaçaqmalçılığı və zorakılıqla mübarizədən əsla geri addım atmayacaqlarını vurğulayaraq, “Bu, mütəşəkkil cinayət strukturlarına qarşı birbaşa mübarizədir. Cinayətkarlıqla mübarizədə atəşkəs olmayacaq. İtiriləcək zamanımız yoxdur, görəcəyimiz çox iş var. Korrupsiyaya əsla dözümlü olmayacağıq”,- dedi.
Hökumətinə dəstək verən hər kəsə təşəkkür edən Noboa, “Yeni Ekvador dayanmayacaq. Ölkə keçmişi arxada qoyaraq hər kəs üçün daha yaxşı bir gələcəyə inamla dəyişikliyi seçdi. İllərdir bu ölkəyə sahib olduqlarını düşünən cinayətkarlarla mübarizədən geri çəkilməyəcəyik”, ifadələrini işlətdi.
Andiçmə mərasimində Kolumbiya Prezidenti Qustavo Petro, Peru Prezidenti Dina Boluarte, ABŞ Prezidenti Donald Trampı təmsil edən ABŞ səhiyyə naziri Robert F. Kennedi, Braziliya, Boliviya və Kosta Rikanın xarici işlər nazirləri ilə yanaşı bir çox ölkədən diplomatik nümayəndələr iştirak ediblər.
Noboa andiçmədən sonra Müstəqillik Meydanında toplaşan tərəfdarlarını salamlayıb.
Mədinə Cəlilova
11:25 25.05.2025
Oxunuş sayı: 571