ABŞ vitse-prezidenti: "Vaşinqtonun mütləq hökmranlıq dövrü başa çatıb"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Anapolisdə yerləşən Hərbi Dəniz Akademiyasının kursantları qarşısında çıxışı zamanı ABŞ-nin dünyadakı mütləq üstünlüyünün sona çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz Çin, Rusiya və digər ölkələrlə rəqabət aparmaq məcburiyyətindəyik. Onlar ABŞ üzərində hər sahədə üstünlük qazanmağa çalışırlar", - Vens vurğulayıb.
Vitse-prezident qeyd edib ki, ABŞ onilliklər boyunca hərbi gücündən və müttəfiqlərinin dəstəyindən istifadə edərək başqa ölkələrin daxili işlərinə birbaşa müdaxilə edib. Onun sözlərinə görə, Vaşinqton bu praktikanı dayandıraraq, xarici siyasətdə yeni prioritetlərə fokuslanır.
Fatimə Məmmədova
22:50 24.05.2025
Oxunuş sayı: 774