Aİ-nin ticarət qərarı Kiyevi silkələdi: Ukrayna iqtisadiyyatı təhlükədə

Avropa İttifaqının Ukrayna mallarının Avropa ölkələrinə rüsumsuz idxalına dair rejimi uzatmamaq qərarı Kiyevdə narazılıqla qarşılanıb.
Crossmedia.az xəbər verir ki, Aİ-nin bu addımı Ukraynanın Avropa bazarlarına əvvəlki tariflərlə çıxışına səbəb olacaq.
Ukrayna Ali Radasının deputatı Dmitri Nataluxa “Euractiv”ə açıqlamasında bildirib ki, bu qərar nəticəsində ölkənin ixrac imkanları ən azı 70% azalacaq və iqtisadiyyat ciddi zərbə alacaq.
Nataluxanın sözlərinə görə, bu halda Ukrayna "ticarətdən gəlir əldə etmək əvəzinə", Avropa ölkələrindən birbaşa maliyyə dəstəyi istəmək məcburiyyətində qala bilər.
Deputat əlavə edib ki, Aİ-nin bu siyasəti Ukraynanın hərbi əməliyyatlarını davam etdirmək imkanlarını da zəiflədə bilər.
22:12 24.05.2025
Oxunuş sayı: 727