Qəzzada ölənlərin sayı 53 min 901 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına davam edən hərbi əməliyyatları nəticəsində həyatını itirənlərin ümumi sayı 53 min 901 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində Qəzzada daha 79 nəfər həlak olub, 211 nəfər isə yaralanıb. Qeyd olunur ki, hücumlar nəticəsində xəstəxanalarda ölən və yaralananların sayı artmaqda davam edir.
Nazirlik əlavə edib ki, 2024-cü il yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, martın 18-dən bəri İsrailin həyata keçirdiyi yeni hücumlar nəticəsində azı 3 min 747 fələstinli ölüb, 10 min 552 nəfər yaralanıb.
Ümumilikdə isə, 2023-cü il oktyabrın 7-dən bu günədək İsrailin Qəzzaya qarşı hücumları nəticəsində 53 min 901 fələstinli həyatını itirib, 122 min 593 nəfər isə yaralanıb.
Aybəniz Səfərova
15:39 24.05.2025
Oxunuş sayı: 763