Fransa kəşfiyyat rəhbərinin Rumıniyaya seçki ərəfəsində səfəri diqqət çəkir

“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov “X” sosial şəbəkəsində açıqlama verərək, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolya Lernerin Rumıniyanın prezident seçkilərinə cəmi iki gün qalmış ölkəyə səfər etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Durov həmçinin, Fransa Avropa Parlamentinin deputatı Valeri Hayyerin “France Info” kanalında Rumıniyada avropayönlü, mərkəzçi namizədə fəal dəstək kampaniyasının aparılması zərurətindən danışdığı bəyanat ilə Lernerin səfəri arasında zaman baxımından uyğunluq olduğunu vurğulayıb. Lernerin Buxarestə səfərinin bu bəyanatdan bir neçə gün sonraya təsadüf etdiyi qeyd olunur.
Bundan əvvəl Pavel Durov açıqlamışdı ki, “Telegram” Rumıniyada keçiriləcək seçkilər ərəfəsində “Qərbi Avropa ölkələrindən biri”nin müraciətinə baxmayaraq, rumıniyalı mühafizəkarların kanallarını bloklamayıb. Onun sözlərinə görə, bu müraciət bu ilin yazında Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolya Lerner tərəfindən ünvanlanmışdı.
Bu açıqlamalar seçkilər öncəsi xarici təsirlərlə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Nigar Rəhimova
16:28 24.05.2025
Oxunuş sayı: 801