Rusiya Ermənistanın daxili siyasətinə marağını artırır

Rusiya Ermənistanın daxili siyasi proseslərinə marağını gücləndirir. Ermənistan üzrə yeni məsul şəxs Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko ölkədəki vəziyyəti yaxından izləyir və siyasi dinamikanı təhlil edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Ermənistanın sabiq prezidenti Robert Koçaryan son aylar ərzində ikinci dəfə Moskvaya səfər edib. Qeyd olunur ki, əvvəlki səfərindən sonra o, siyasi fəaliyyətini aktivləşdirəcəyini bəyan etmişdi. Bu dəfə isə Moskvada onun mümkün impiçment ssenariləri ilə bağlı müzakirələr apardığı bildirilir.
Görüşün Kiriyenko ilə deyil, Ermənistan məsələlərinə ixtisaslaşmış digər yüksək rütbəli Kreml rəsmisi ilə baş tutduğu vurğulanır. Ekspertlərə görə, bu səfər Ermənistan müxalifətinin yaxın zamanda yeni bəyanatlarla çıxış edəcəyinə və siyasi arenada daha fəal olacağına işarədir.
Nigar Rəhimova
15:16 24.05.2025
Oxunuş sayı: 1102