ABŞ Dövlət Departamenti Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə ləğv etdi

ABŞ Dövlət Departamenti 2019-cu ildə Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar paketini 180 gün müddətinə ləğv edib. Bu qərar Suriyada sanitariya şəraitinin yaxşılaşdırılması və elektrik və su təchizatının bərpasına kömək etmək məqsədi daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, sanksiyaların ləğvi ölkədə humanitar vəziyyətin yaxşılaşmasına və insanların gündəlik həyatının asanlaşmasına yönəlib. Mütəxəssislər bu addımın Suriyada elektrik və su çatışmazlığının azaldılmasına müsbət təsir göstərə biləcəyini bildirirlər.
ABŞ hökuməti bu müddət ərzində müəyyən humanitar layihələrin dəstəklənməsini təmin etməklə, bölgədəki vəziyyətin stabilləşdirilməsinə kömək etmək niyyətindədir. Sanksiyaların qismən aradan qaldırılması, həmçinin beynəlxalq humanitar təşkilatların işini asanlaşdıracaq.
Suriyada davam edən münaqişə və iqtisadi çətinliklər fonunda bu qərar, ölkədə yaşayanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün atılan mühüm addımlardan biridir.
Qeyd edək ki, sanksiyaların tamamilə götürülməsi və ya uzadılması barədə qərar gələcəkdə ABŞ administrasiyasının qiymətləndirmələrinə əsasən veriləcək.
Fatimə Nəbiyeva
12:24 24.05.2025
Oxunuş sayı: 849