ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltsa da, İran və Rusiyaya qarşı qadağaları saxlayır

ABŞ Maliyyə Nazirliyi əvvəllər sanksiyalara məruz qalan Suriya qurumları ilə müəyyən əməliyyatların aparılmasına icazə ehtiva edən lisenziya verib. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya Suriya Ərəb Hava Yolları, Suriyanın Mərkəzi və Kommersiya Bankları, dövlət neft və qaz şirkətləri, Latakiya limanı, həmçinin energetika və turizm nazirlikləri kimi qurumlar daxildir.
Məlumata görə, sanksiyaların yumşaldılmasına baxmayaraq, Maliyyə Nazirliyi Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasının maraqları naminə aparılan hər hansı əməliyyatların qəti qadağan olduğunu vurğulayıb.
12:40 24.05.2025
Oxunuş sayı: 685