Qəzzanın fəryadına səssiz qalmayan liderlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançesi İstanbulda, Dolmabahçe Əmək Ofisində rəsmi mərasimlə qarşılayıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında baş tutub və tərəflər arasında əsas müzakirə mövzularından biri İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar olub.
Ərdoğan, İspaniyanın İsrailin Qəzzada törətdiyi soyqırımına qarşı sərgilədiyi qətiyyətli və prinsipial mövqeyə görə Baş nazir Sançesə təşəkkür edib.
O, qeyd edib ki, Türkiyənin əsas prioritetlərindən biri Qəzzaya fasiləsiz humanitar yardımın çatdırılmasıdır.
Türkiyə lideri həmçinin vurğulayıb ki, Fələstin xalqının yaşadığı zülmün sona çatdırılması yalnız beynəlxalq həmrəylik və ortaq səylərlə mümkündür: “İspaniyanın bu məsələdəki şərəfli duruşu, beynəlxalq ictimaiyyət üçün nümunədir”.
Görüşdə, eyni zamanda Türkiyə-İspaniya münasibətləri, müdafiə sənayesi, nəqliyyat və ticarət sahəsində əməkdaşlıq imkanları, habelə regional və qlobal problemlər də müzakirə olunub.
Ərdoğan Avropa İttifaqına üzvlük istiqamətində Türkiyənin iradəsinin dəyişmədiyini də qeyd edib.
Prezident Ukrayna-Rusiya müharibəsinə də toxunaraq, İstanbulda keçirilən danışıqların davam etdirilməsinin sülhə gedən yolda əhəmiyyətli olduğunu vurğulayıb.
02:23 24.05.2025
Oxunuş sayı: 907