ABŞ-dan strateji addım: Suriyada sabitlik üçün sanksiyalar ləğv olunur

ABŞ-ın Ankaradakı səfiri Tomas Barak Suriya üzrə xüsusi nümayəndə vəzifəsini icra etməyə başladığını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu təyinatdan qürur duyduğunu bildirib və qeyd edib ki, Vaşinqtonun əsas hədəfi İŞİD-in tam məğlubiyyətini təmin etmək və Suriyada uzunmüddətli sabitliyi bərpa etməkdir.
Barakın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə davamlı sülh və firavanlıq üçün Suriyaya tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvini vacib sayır.
O, Trampın mayın 13-də Dəməşqdəki yeni hökumətin sabitlik yaratmaq potensialını nəzərə alaraq sanksiyaların dayandırılacağına dair verdiyi vədi xatırladıb.
Diplomat onu da qeyd edib ki, bu siyasətin həyata keçirilməsinə ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir və proses regionda yeni siyasi və iqtisadi imkanların yaranmasına şərait yaradacaq.
Barak əlavə edib ki, regional tərəfdaşlarla, o cümlədən Türkiyə və Körfəz ölkələri ilə birgə əməkdaşlıq Suriyanın sülh və rifah yolunda dəstəklənməsinə xidmət edəcək: “Prezidentin də vurğuladığı kimi, bu yolda birlikdə çalışacağıq və uğura birlikdə çatacağıq”.
Aybəniz Səfərova
01:45 24.05.2025
Oxunuş sayı: 513