Faciə davam edir: Qəzzada ölənlərin sayı 53 822 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 53.822 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində bölgədə daha 60 nəfər ölüb, 185 nəfər isə yaralanıb. Ümumilikdə, müharibənin başladığı gündən bu yana 122 min 382 nəfərin yaralandığı açıqlanıb.
Nazirlik bildirir ki, dağıntılar altında hələ də minlərlə meyitin qaldığı ehtimal edilir: “Hər gün yeni kütləvi məzarlıqlar aşkarlanır, itkin düşənlərin sayı isə dəqiq bilinmir”.
Qeyd edək ki, beynəlxalq təşkilatlar bölgədə humanitar fəlakətin dərinləşdiyini və təcili atəşkəsə ehtiyac olduğunu bildirirlər.
Aybəniz Səfərova
21:56 23.05.2025
Oxunuş sayı: 893