İran-ABŞ danışıqlarının 5-ci raundu başa çatıb

Romada İran-ABŞ danışıqlarının 5-ci raundu başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Əlbusəidi "X" hesabında paylaşıb.
Onun sözlərinə görə, irəliləyiş əldə olunub, lakin yekun həll yoxdur.
İran mediası ABŞ nümayəndə heyətinin rəhbəri Stiv Uitkofun “uçuş proqramına görə” iclası bir neçə dəqiqə tez tərk etdiyini bildirib.
21:21 23.05.2025
Oxunuş sayı: 648