Türkiyədə İslamofobiya ilə Mübarizə Mərkəzi açıldı

Ankarada İslamofobiya ilə Mübarizə Mərkəzi və İslamofobiya ilə Mübarizə üzrə Tədqiqat İnstitutunun (CENTERCIF) rəsmi açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Yeni yaradılan mərkəz İslamofobiyanın səbəblərini elmi əsaslarla araşdıracaq, milli və beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahədə aparılan fəaliyyətləri izləyəcək və hesabatlar hazırlayacaq. Eyni zamanda, İslamofobiyadan zərər çəkən şəxslərə dəstək göstərilməsi və cəmiyyətin bu mövzuda məlumatlandırılması istiqamətində işlər görəcək.
Xumar Emilqızı
18:09 23.05.2025
Oxunuş sayı: 759