İran millət vəkili: “Biz uranın zənginləşdirilməsini dayandırmaq barədə razılığa gəlmək fikrində deyilik”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zöhrvənd deyib ki, Tehran Vaşinqtonla uranın zənginləşdirilməsi barədə razılığa gəlməyib.
Crossmedia.az bu barədə İran mediasına istinadən məlumat verir.
Millət vəkili bildirib ki, bu məsələ İranın qırmızı xəttidir. Zöhrvənd Avropa rəsmilərinin nüvə danışıqlarında iştirak etmələri barədəki açıqlamalarına toxunaraq bildirib:
“Problem ondadır ki, avropalılar öz vəzifələrini bilmirlər. İndi amerikalılar İranın nüvə silahı əldə etmək istədiyi bəhansilə danışıqlara başlayıblar. Ona görə də ABŞ-nin özü avropalıların bu danışıqlarda iştirakına maraq göstərməyib”.
17:20 23.05.2025
Oxunuş sayı: 527