İran-ABŞ danışıqlarının beşinci raundu başladı

Bu gün Romada Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrə danışıqların beşinci raunduna start verilib.
Crossmedia.az bildirir ki , bu barədə "İSNA" xəbər verib.
Danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçı, Amerika nümayəndə heyətinə isə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Eyni zamanda, müzakirələrə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Maykl Anton da qoşulub.
16:24 23.05.2025
Oxunuş sayı: 741