Tehran-Vaşinqton danışıqlarında ABŞ Dövlət Departamentinin rəsmisi iştirak edəcək

Bu gün Romada keçiriləcək Tehran-Vaşinqton danışıqlarının beşinci raundunda Stiven Uitkofla yanaşı, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Maykl Anton da iştirak edəcək.
Bu barədə Crossmedia.az bildirir ki , “Reuters” məlumat yayıb.
Məlumata görə, aprelin 12-dən bəri Tehran və Vaşinqton dörd dəfə müsbət danışıqlar aparsa da, son günlər İslam Respublikasının ölkə daxilində uranın zənginləşdirilməsinə icazə verməsi ilə bağlı ABŞ və İran arasında gərginlik artıb.
16:10 23.05.2025
Oxunuş sayı: 651