Amerikalı senator: “İranla danışıqlar aparmağın mənası yoxdur”

Amerikalı demokrat senator Con Fetterman “X” hesabında paylaşım edərək yazıb:
“İranla danışıqlar aparmağın mənası yoxdur. Bu rejim təsdiqlənə və ya etibar edilə bilməz. Biz İsrailin İranın nüvə obyektlərinə hücumla bağlı haqlı qərarını tam dəstəkləməliyik”.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, ötən günlərdə “Axios” nəşri “Trampın nüvə danışıqları nəticə verməsə, İsrailin tez bir zamanda İrana hücuma hazırlaşdığını” açıqlayıb.
13:36 23.05.2025
Oxunuş sayı: 567