Newsweek: “ABŞ Dieqo Qarsiya adasına F-15 qırıcıları göndərib”

ABŞ Dieqo Qarsiya bazasına yeni F-15 qırıcıları yerləşdirib.
Crossmedia.az "Newsweek"-ə istinadən verdiyi məlumata görə, bu addım Vaşinqton və Tehran arasında nüvə danışıqları ilə bağlı gərginliyin artması fonunda atılıb.
Qeyd olunub ki, İrandan təxminən iki min mil məsafədə yerləşən baza gərginlik artarsa və nüvə danışıqları uğursuz olarsa, ABŞ-nin hərbi əməliyyatları üçün istifadə oluna bilər.
11:28 23.05.2025
Oxunuş sayı: 557